Premyer Liqa klubunda baş məşqçi ayrılığı – GÜNÜN HADİSƏSİ

16 Dekabr 2021 15:50 Sumqayıt 1 926
Premyer Liqa klubunda baş məşqçi ayrılığı – GÜNÜN HADİSƏSİ

“Sumqayıt” baş məşqçi Ayxan Abbasovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər olan müqaviləyə xitam verilib.

Buna səbəb komandanın cari mövsümdəki uğursuz çıxışıdır. Komanda 14 turda topladığı 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Ayxan Abbasov 2018-ci ildən bəri “Sumqayıt”a başçılıq edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM