Azərbaycan Premyer Liqasında 2021-ci ilin son turu bu həftə baş tutacaq.
Və bundan sonra komandalar qış fasiləsinə yollanacaq. Əksər klublarımızın bu fasilədə təlim-məşq toplanışı üçün ölkə xaricinə gedəcəyi dəqiqləşib. Amma qərarını hələ də dəqiqləşdirməyənlər var. Məsələn, "Sumqayıt" kimi.
Belə ki, məsələ ilə bağlı Sportinfo.az-a danışan klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bunları deyib:
"Sabah "Keşlə" ilə qarşılaşma var. İnşallah, həmin matçdan sonra yəqin ki, görüş olacaq. Və həmin görüşdə qış fasiləsindəki plan məlum olacaq. Hələ heç nə məlum deyil".
"Sumqayıt" - "Keşlə" matçı sabah, saat 19:00-da start götürəcək.
Xanoğlan İmanov

