Ayxan Abbasovu düşündürən FAKT nədir?

11 Dekabr 2021 23:40 Sumqayıt 827
Ayxan Abbasovu düşündürən FAKT nədir?

Qış fasiləsi yaxınlaşdıqca Premyer Liqa klublarının transfer bazarında axtarışları da sürətlənir.

Heyəti kasad olan klublar üçün fasilə böyük fürsət sayılacaq. Ki, heyətinə əl gəzdirə bilsin.

Belə komandalardan biri də "Sumqayıt"dır. Heyəti kasad olan "kimyaçılar" son dönəmlər həm də zədəlilərin çoxluğundan əziyyət çəkir.

Komandanın çalışdırıcısı Ayxan Abbasovu əsas narahat edən isə hücum xəttidir. Gənc mütəxəssis ən azı bir yaxşı hücumçunun axtarışındadır.

Bu da səbəbsiz deyil. Belə ki, arxada qalan 13 turda çempionatın ən "dişsiz" komandası "Sumqayıt"da. Komandanın aktivində cəmi 8 qol var. Bu isə 8 komanda arasında ən zəif göstəricidir. Hətta autsayder "Səbail" belə "Sumqayıt"dan çox fərqlənib - 11 dəfə.

Statistikadan da göründüyü kimi Abasovun hücum mövqeyi ilə bağlı narahatlığı boş yerə deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə