“Sumqayıt” qış transfer bazarlığına start verib.
Növsümün geridə qalan hissəsini qeyri-sabit keçirən “kimyaçılar” 3 futbolçu ilə danışıqlara başlayıb.
Onlar Rusiya və İranda çıxış edən həmyerlilərimizdir.
Gələcək planlarla bağlı klub rəsmiləri ilə bir araya gələn Ayxan Abbasov yeni oyunçuların alınmasının vacib olduğunu bildirib.
Baş məşqçi müxtəlif mövqelərdə boşluqlarda diqqət çəkib, transfer çalışmalarının tez gerçəkləşdirilməsini istəyib.
SPORTİNFO.AZ

