Premyer Liqa komandasının "ev"ə dönüşü gələn ilə qaldı

1 Dekabr 2021 09:40 Sumqayıt 973
Premyer Liqa komandasının "ev"ə dönüşü gələn ilə qaldı

«Sumqayıt»ın üzləşdiyi problemlərdən biri daha da dərinləşib.

Avqustda təmirə bağlanan «Kapital Arena»nın ehtiyat meydançası, əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın əvvəlində hazır olmayacaq.

Stadionun texniki təhcizatına cavabdehlik daşıyan şirkət üzərinə düşən işi vaxtında yerinə yetirə bilməyib. Sıradan çıxan qazonun bərpası gələn ilin yanvar-fevral aylarından tez əmələ gəlməyəcək.

«Kimyaçılar» artıq 4 aydır ki, doğma məkandan uzaq düşüb. Gündəlik məşqləri Bakının müxtəlif stadionlarında, əsasən «Dalğa Arena»da keçirlər.

«Kapital Arena»nın əsas meydançasından niyə yararlanmırlar? Çünki buranın təbii qazonu «yüklənməyə» hazır deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti