Millimizin futbolçusunun qarşısını kəsdilər: "Niyə oynamırsız?" - ŞOK VİDEO

29 Noyabr 2021 17:00 Sumqayıt 2 002
Millimizin futbolçusunun qarşısını kəsdilər: "Niyə oynamırsız?" - ŞOK VİDEO

Ötən mövsümün bürünc medalçısı "Sumqayıt"ın yeni mövsüm işləri heç də yaxşı getmir.

Komanda ardıcıl üç oyundu məğlubiyyət yaşayır. Turnir cədvəlində isə "kimyaçılar"ı sonuncu pillədən cəmi 2 xal ayırır. Yaranmış durum yerli azarkeşləri də narahat etməyə başlayıb.

Dünən "Zirə" ilə qarşılaşmadan sonra yaşananlar bunu əyani sübut edir.

Belə ki, matçdan sonra komandanın stajlı azarkeşlərindən biri Rəhim Sadıxovun önünü kəsərək, "Niyə oynamırsınız? Belə nə vaxta qədər davam edəcək?" deyərək, yaşanan uğursuluqlara görə kəskin etiraz edib.

Bu zaman futbolçunun xanımı da yanında olub.

Millinizin də formasını geyinən yarımmüdafiəçi qarşılaşdığı mənzərədən şoka düşərək "mən nə edə bilərəm axı?" cavabı ilə kifayətlənib.

Qarşılıqlı söz atışmasının sonunda tərflər xoşluqla ayrılıb. Sonda yaşlı azarkeş futbolçuya qarşıdakı matçlarda uğurlar arzulayıb.

Rəhim Sadıxovla azarkeş arasında yaşanan dialoqun videosunu sizə təqdim edirik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti