"Zirə"nin QİSMƏTində olan bu idi - FOTOREPORTAJ

29 Noyabr 2021 09:00 Sumqayıt 407
"Zirə"nin QİSMƏTində olan bu idi - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Zirə"ni qəbul edib.

FIFA referisi Rauf Cabbarovun idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 14-cü dəqiqədə Təmkin Xəlilzadə açıb. O, Höccət Haqverdinin Loris Bronyoya qarşı kobud oyununa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib.

30-cu dəqiqədə Qismət Alıyev çempionatın 8 qolla ən yaxşı bombardiri Davit Volkovun ötürməsini qola çevirib.

79-cu dəqiqədə isə Coşqun Diniyev uzaqdan dəqiq zərbə ilə matçda son nöqtəni qoyub.

Bu qələbə sayəsində xalını 22-yə çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 11 xalla 6-cı pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti