"Sumqayıt"ın yolunu gözlədiyi müdafiəçidən xəbər var

26 Noyabr 2021 21:20 Sumqayıt 855
"Sumqayıt"ın yolunu gözlədiyi müdafiəçidən xəbər var

"Sumqayıt" kasad heyəti ilə Premyer Liqada mübarizəni davam etdirən kollektivlər arasındadır.

Belə olan halda istənilən futbolçunun yoxluğu ciddi fəsadlara yol açır.

Ələlxusus, bu əsas heyət üzvüdürsə, vəziyyət daha da çətin olur. Məsələn, "kimyaçılar"ın Elvin Bədəlovu itirməsi kimi.

Milli komandamızın da əsas üzvlərindən sayılan mərkəz müdafiəçisi aldığı ciddi zədə səbəbindən təxminən iki ay əvvəl Almaniyada əməliyyat olunmuşdu.

Futbolçunun son durumu ilə bağlı Sportinfo.az-ın sorğusuna cavab olaraq "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bunları deyib:

"Elvin hələki yalnız bərpa dövrünü keçir. Məşqlərə başlamağına isə hazırda həkimlər icazə vermir. Yəqin ki, qış fasiləsindən sonra yavaş-yavaş məşqlərə başlaya biləcək".

Xatırladaq ki, 26 yaşlı oyunçu Azərbaycan Premyer Liqasının 5-ci turunun "Qəbələ" ilə matçında zədələnərək yerini Eltun Turabova vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti