"Heyətdə yer almamağım sırf bununla bağlıdır"

24 Noyabr 2021 23:20 Sumqayıt 651
"Heyətdə yer almamağım sırf bununla bağlıdır"

"Sumqayıt"ın son oyunlardakı uğursuzluğunun əsas səbəblərindən biri heyətdəki ciddi itkilərdi.

Elvin Bədəlov ciddi zədə, Murad Xaçayev isə ciddi cəza səbəbindən komandasına kömək edə bilmir.

Son oyunlar "kimyaçılar"ın digər təcrübəli futbolçusu Elvin Məmmədov da heyətdə çox yer almır. Son iki oyun isə ümumiyyətlə, onun adı iştirak ərizəsində olmayıb.

Yarımmüdafiəçi ilə əlaqə saxlayıb, yaranmış durumun səbəblərini öyrəndik. Məlum oldu ki, Elvinin də ciddi zədəsi varmış:

"Oynamamağımın səbəbi zədə ilə bağlıdır. "Qarabağ"la oyunda 10-15 dəqiqə onadım və ağrı hiss etdim. Son iki turda 18-likdə belə olmamağım sırf bununla bağlıdır. Əvvəlki oyunlarda davamlı əsas heyətdə olmasa da şans qazanırdım".

"Bəs hazırkı vəziyyətin necədir" sualına isə Məmmədov belə cavab verib: "2-3 gün olar məşqlərə başlamışam. Yavaş-yavaş forma yığma çalışıram. Qarşıdakı bir neçə gündə özümü tam rahat hiss eləsəm, yəqin ki, komandaya kömək edəcəm".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti