Abbasov gözünə yuxu getməyən milli üzvünə necə dəstək oldu?

15 Noyabr 2021 17:00 Sumqayıt 999
Abbasov gözünə yuxu getməyən milli üzvünə necə dəstək oldu?

DÇ-2022-nin seçmə mərhələsinin son oyununda Lüksemburqla baş tutan matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan millimizin yarımmüdafiəçisi Tellur Mütəllimov həm azarkeşlər, həm də mətbuat tərəfindən ciddi tənqidlərlə üzləşdi.

Sosial şəbəklərdə onunla bağlı xoş olmayan müxtəlif paylaşımlar edildi.

Belə çətin durumda Tellura ilk dəstək Ayxan Abbasovdan gəlib.

"Sumqayıt"ın çalışdırıcısı Lüksemburqla oyundan dərhal sonra Mütəllimova zəng edərək, ona möhkəm olmağı və gələcək oyunlara köklənməli olduğunu bildirib.

Abasovun futbolçusuna belə sahib olması isə alqışlanmalıdır. Yəqin ki, gənc çalışdırıcının bu addımı Mütəllimovun da hazırkı mənfi psixoloji durumuna müsbət təsir etmiş olacaq.

Mütəllimov bir neçə gün hadisənin təsiri altında qalıb, belə deyək, depressiya yaşayıb.

Yarımmüdafiəçi etdiyi hərəkətdən peşman olub və paltardəyişmə otağında ağlayıb. Komanda yoldaşlarından və məşqçilərdən üzr istəyib, səhərə qədər yatmadığını deyib.

SPORTİNOF.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"