Premyer Liqa klubu yeni sponsorlarla danışıqlar aparır

15 Noyabr 2021 14:40 Sumqayıt 1 109
Premyer Liqa klubu yeni sponsorlarla danışıqlar aparır

“Sumqayıt” yeni sponsorlarla anlaşmağa çalışır.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir. R.Məmmədov deyib ki, müxtəlif sahələrə aid mümkün tərəfdaşlarla görüşmələrdə müsbət nəticələrə ümid bəsləyirlər:

“Əslində, bu məsələ ilboyu gündəmdədir və biz davamlı olaraq axtarışdayıq. Çalışırıq ki, klubun maddi-texniki bazasını daim gücləndirək.

Hələlik ad çəkmək istəmirəm, amma onu deyə bilərəm ki, müyyən variantlar üzərində işləyirik”.

Hazırda “Sumqayıt”ın əməkdaşlıq etdiyi biznes strukturlarının sayı 7-dir. “Azərikimya” ASC klubun əsas himayədarıdır.

“Kapital Bank”, “Paşa Həyat”, “Universal”, “Şeh su”, “Kontakt Home” və “Pizza İn” kimi tanınmış brendlər sponsorlar arasında yer alıb,

Xəbər Lenti