Premyer Liqa klubu İspaniya şirkəti ilə 2 illik müqavilə imzaladı

14 Noyabr 2021 13:00 Sumqayıt 872
Premyer Liqa klubu İspaniya şirkəti ilə 2 illik müqavilə imzaladı

"Sumqayıt"ın akademiyası klubun rənglərinə uyğun tam komplekt idman geyimləri ilə təmin olunub.

Geyimləri klubun prezidenti Riad Rəfiyev və vitse-prezident Aydın Xəlilov təqdim edib.

"Sumqayıt" Futbol Akademiyasında 300-dən çox gənc futbolun sirlərini öyrənir. "Kimyaçılar" onlara yeni geyim dəstlərini İspaniya şirkətindən alıb.

Qarşı tərəflə 2 illik müqavilə imzalanıb. Bu anlaşma "gənclik şəhəri" təmsilçisinə 50 min avroya başa gəlib.

SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!