AFFA Premyer Liqa klubunun şikayətini təmin etmədi

13 Noyabr 2021 01:10 Sumqayıt 768
AFFA Premyer Liqa klubunun şikayətini təmin etmədi

AFFA Apellyasiya Arbitraj Tribunalı "Sumqayıt"ın şikayətinə baxıb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum "gənclik şəhəri" təmsilçisinin şikayətini təmin etməyib.

AFFA İntizam Komitəsinin oktyabrın 29-da Murad Xaçayev haqqında verdiyi qərar qüvvədə saxlanılıb.

Murad Xaçayev səfərdə "Sabah"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.

Digər Xəbərlər
Xəbər Lenti