“Sumqayıt” “Zəfər Kuboku”nu qazandı - FOTOREPORTAJ

4 Noyabr 2021 21:40 Sumqayıt 922
“Sumqayıt” “Zəfər Kuboku”nu qazandı - FOTOREPORTAJ

AFFA, PFL və 8 Premyer Liqa klubunun əməkdaşlarından ibarət komandaların iştirakı ilə təşkil olunan “Zəfər Kuboku” turnirinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turnirin ilk yarımfinal oyununda AFFA üzərində 4:1 hesablı qələbə qazanan “Sumqayıt” finala vəsiqə qazanıb.

​Yarımfinalın digər qarşılaşmasında “Səbail” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib.

Həlledici qarşılaşmada “Səbail” üzərində 3:1 hesablı qələbə qazanan “Sumqayıt” “Zəfər Kuboku” turnirinin qalibi olub. Qalib komandaya kuboku AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə