Azərbaycan klubu bu günü görmək üçün… FOTOREPORTAJ

2 Noyabr 2021 02:10 Sumqayıt 719
Azərbaycan klubu bu günü görmək üçün… FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda "Sumqayıt" "Səbail"i qəbul edib.

"Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesab ilk hissədə açılıb. 37-ci dəqiqədə Rəhim Sadıxov cərimə zərbəsindən baxımlı qolla "gənclik şəhəri" təmsilçisini önə çıxarıb. 74-cü dəqiqədə isə Səid Rza matçda yekun hesabı müəyyənləşdirib.

63-cü dəqiqədə qonaqların hücumçusu Nikolas Raysel rəqibin müdafiəçisi Höccət Haqverdiyə başı ilə zərbə vurduğu üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.

6 oyundan sonra qələbə qazanan "Sumqayıt" xallarını 11-ə çatdıraraq, turnir cədvəlində "Səbail"i qabaqlayıb və 5-ci pilləyə yüksəlib. 9 xalı olan "dənizçilər" isə 6-cı sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM