"Sumqayıt"lı futbolçulara qadağa qoyuldu

1 Noyabr 2021 23:40 Sumqayıt 1 082
"Sumqayıt"lı futbolçulara qadağa qoyuldu

Azərbaycan Premyer Liqasında 9-cu tur arxada qaldı.

Turu qələbə ilə başa vuran 4 komandada biri "Sumqayıt" oldu.

"Kimyaçılar" 6 turluq qələbə həsrətinə "Səbail"i məğlub (2-0) etməklə son qoydu.

Qarşılaşma başa çatandan sonra baş məşqçi Ayxan Abbasov futbolçulara mətbuata danışmaq qadağası qoyub.

Görünür, gənc mütəxəssis uğurlu çıxışı davam etdirmək üçün futbolçuları maksimum müsahibə və açıqlamalardan kənar tutmağa çalışır.

Bunun nə dərəcədə faydalı olub-olmayacağını isə qarşıdakı turlardan görəcəyik.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti