Premyer Liqa klubunu öz "ev"inə nə vaxt buraxacaqlar?

31 Oktyabr 2021 17:40 Sumqayıt 1 000
Premyer Liqa klubunu öz "ev"inə nə vaxt buraxacaqlar?

«Sumqayıt»ın doğma məkana dönüş tarixi məlum olub.

«Kimyaçılar» noyabrın axırı, dekabrın əvvəlində öz şəhərinə qayıdacaq.

Bu, «Aqrosport»un rəyindən sonra dəqiqləşib. Belə ki, «Kapital Arena»nın meydançalarının baxımına məsul olan şirkət yaranmıış problemin həllinin göstərilən müddətdən tez həllini tapmayacağını bəyan edib.

Bilindiyi kimi, yay aylarından etibarən həm əsas, həm də yardımçı sahə sııradan çıxmağa başlayıb. Hər iki təbii qazonun səthi öncə bozarıb, sonra «keçəlləşib», nəticədə burada gündəlik məşq etmək mümkünsüz hala gəlib.

Artıq 2 aydır ki, «Sumqayıt»lılar doğma məkandan uzaqlara üz tutmaq məcburiyyətində qalıb. Kollektiv Bakının müxtəlif stadionlarında - gah «Dalğa Arena», gah da BOS-da hazırlıq keçir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti