Xaçayevə 5 oyunluq cəza, kluba 5600 manatlıq cərimə - “Sumqayıt” indi nə edəcək?

29 Oktyabr 2021 16:40 Sumqayıt 882
Xaçayevə 5 oyunluq cəza, kluba 5600 manatlıq cərimə - “Sumqayıt” indi nə edəcək?

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Müzakirələrdən sonra Premyer Liqanın 8-ci turunun oyunları ilə bağlı qərarlar qəbul olunub.

“Sabah” – “Sumqayıt” matçında (3:0) qonaqların futbolçusu Murad Xaçayev baş hakim İnqilab Məmmədova qarşı “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə olunub.

Mətbuat konfransı zamanı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub 1600 manat cərimə olunub.

Sportinfo.az-ın məlumatına görə, “kimyaçılar” İntizam Komitəsinin mövqeyindən narazı qalıb və çıxarılan qərarlardan apellyasiya şikayəti verməyə hazırlaşır.

Amma bu, hələ dəqiq deyil, “Gənclik şəhəri” təmsilçisi bunun üçün klub prezidenti Riad Rəfiyevin ölkə xaricindən qayıtmasını gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM