Musayev “Sabah”a gəlişi ilə Rəşad Sadıqovun statusunu əlindən alacaq

25 Oktyabr 2021 16:00 Sumqayıt 1 820
Musayev “Sabah”a gəlişi ilə Rəşad Sadıqovun statusunu əlindən alacaq

“Sabah”ın yeni baş məşqçisinin adı məlumdur.

“Tələbələr”i yenidən əcnəbi mütəxəssis çalışdıracaq.

Bu, rusiyalı Murad Musayevdir. Bununla Murad Oleqoviç Azərbaycan Premyer Liqasının tarixinə düşəcək.

Təkcə çempionatımızdakı yeganə əcnəbi məşqçi kimi yox. Həm də, ən gənc çalışdırıcı kimi.

Hazırda Premyer Liqanın ən gənc çalışdırıcısı statusu Rəşad Sadıqovdadır. 1982-ci ilin iyunun 16-da dünyaya gələn Sadıqovun 39 yaşı yayda tamam olub.

Musayev isə 1983-cü ilin noyabrın 10-da doğulub. Hazırda 37 yaşı var, iki həftədən sonra 38 yaşı tamam olacaq.

Krasnodarda doğulan mütəxəssis bu göstərici ilə Rusiya Premyer Liqasında da ilkə imza atıb. O, 2018-ci ilin aprelində “Krasnodar”a müvəqqəti baş məşqçi təyin olunanda cəmi 34 yaşı vardı.

2020-ci ilin yayında Pro kateqoriyasına yiyələnib baş məşqçi postunun faktiki sahibinə çevriləndə isə 36 yaşındaydı. Hər iki halda Premyer Liqanın ən gənc mütəxəssisi elan olunub.

Musayev baş məşqçi kimi “Krasnodar-2”ni və Rusiyanın U-18 millisini çalışdırıb.

2020-ci ilin yayında Premyer Liqada çıxış edən “Krasnodar”a baş məşqçi təyin olunsa da, “Axmat”a 0:5 hesablı ağır yenilgidən sonra istefa verib.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti