“Sumqayıt”ın kapitanından QƏLƏBƏ sözü – “Bu tur bizi...”

23 Oktyabr 2021 14:40 Sumqayıt 506
“Sumqayıt”ın kapitanından QƏLƏBƏ sözü – “Bu tur bizi...”

Ötən tur “Neftçi”ylə bərabərə qalan “Sumqayıt”da üzlər gülür.

Ardıcıl məğlubiyyətlərdən sonra toparlanan “kimyaçılar”ın ölkənin son çempionuna məğlub olmaması düşərgədəki ab-havanı xeyli yaxşılaşdırıb.

Bunu Sportinfo.az-a açıqlamasında komandanın kapitanı Vüqar Mustafayev də təsdiqləyib:

“Son turda “Neftçi” ilə qarşılaşmada heç-heçə etmişik. Komanda daxilində abu-hava yüksəkdir. Tam gücümüzlə məşqçilərin verdiyi tapşırıqları məşqlərdə etməyə çalışırıq”.

Sumqayıt təmsilçisi sabah “Bank Respublika Arena”da “Sabah”ın qonağı olacaq. Həmin komanda ki, çempionatın ilk dövrəsində qələbə sevinci yaşamayıb.

Buna baxmayaraq, “tələbələr” “Qarabağ”la sonuncu qarşılaşmada məğlub olsa da (1:2), xoş təsir bağışladı.

Yarımmüdafiəçi bütün narahatedici məqamlara rəğmən, qələbə istəklərini gizlətmədi: “Ümumi götürsək, “Sabah”la qarşılaşmaya çox ciddi hazırlaşırıq.

Bizi bu tur olduqca çətin qarşılaşma gözləyir. Rəqibin çempionatda qələbə qazanmaması oyunun çətin keçəcəyindən xəbər verir.

İnşallah, bu oyunda qələbə qazanıb həm azarkeşlərimizi sevindirərik, həm də fasilədən sonra özümüz də qələbəyə sevinərik”.

“Sabah” – “Sumqayıt” qarşılaşması bu gün saat 16.00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi