"Sabah"da hansısa dəyişiklik ola bilər, amma..." - Ayxan Abbasov

22 Oktyabr 2021 23:00 Sumqayıt 728
"Sabah"da hansısa dəyişiklik ola bilər, amma..." - Ayxan Abbasov

"Sabah" ötən gün baş məşqçi Ramin Quliyevlə rəsmən yolları ayırdı.

Masazır təmsilçisinin sabah "Sumqayıt"la qarşılaşmaya Quliyevsiz çıxacağı artıq dəqiqdir.

Adətən belə dəyişiklərdən sonra komandalar qısa müddətli də olsa daha inamlı çıxış edirlər.

Çünki heyətdə olan hər kəs yeni gələcək baş məşqçidə müsbət fikir formalaşdırmaq üçün bütün gücünü meydanda qoymağa çalışır.

Görəsən, bu məqam "kimyaçılar"ın çalışdırıcsı Ayxan Abbasovu nə dərəcədə narahat edir?

Sportinfo.az-ın sorğusuna cavab olaraq gənc çalışdırıcı bunları deyib: "İlk öncə istəməzdim ki, Ramin Quliyev istefa versin. Gənc və perespektivli məşqçilərimizdəndir. Amma futbolda belə şeylər olur. Ramil müəllimə uğurlar arzu edirəm.

Digər məsələyə gəldikdə, əlbəttə, qarşılaşma öncəsi rəqib komandanın baş məşqçisinin istefa verməsinin həm müsbət, həm də mənfi təsirləri ola bilər. Futbolda yazılmamış belə bir qayda var ki, dəyişiklik olanda komandada canlanma yaranır. Bir çox hallarda bu belə olur. Biz öz hazırlığımızı davam etdiririk.

Düzdü, çətin olacaq. Çünki "Sabah"da hansısa dəyişiklik ola bilər. Bunu deyə bilmərəm. Amma onların son oyunlarını analiz eləmişik. Bilirik ki, əzmkar komandadır. Bu yöndə də komandamızı hazırlamışıq. İnşallah, sabah yaxşı nəticə qazamağa çalışacağıq".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı