Bu komanda doğma şəhərindən didərgin düşüb – MƏSULİYYƏTSİZLİK

18 Oktyabr 2021 17:40 Sumqayıt 924
Bu komanda doğma şəhərindən didərgin düşüb – MƏSULİYYƏTSİZLİK

“Sumqayıt”ın futbolçuları Sumqayıtda məşq üzünə həsrət qalıb.

“Kimyaçılar” həftəiçi məşqlərini ev oyunlarını keçirdiyi stadionda keçə bilmir.

Buna səbəb “Kapital Arena”da lazımi şəraitin olmamasıdır. İş burasındadır ki, adıçəkilən arenadakı ehtiyat meydanın qazonu sıradan çıxıb.

Məsuliyyətsizlik və diqqətsizlik üzündən. Hazırda örtüyünü bərpa etməyə çalışırlar. Əsas meydanda hazırlıq keçmək isə risklidir.

Rəhbərlik ot örtüyünün yüklənmə nəticəsində sıradan çıxacağından çəkinir.

“Sumqayıt” bu səbəbdən paytaxtdakı stadionlara sığınmaq məcburiyyətində qalıb. Məşqlər bəzən Bakı Olimpiya Stadionunda, bəzən də “Dalğa Arena”da keçilir. Başqa cür desək, harda boş yer olsa, özlərini ora verirlər.

Sentyabrdan bu yana vəziyyət yazdığımız kimidir. Problemin nə vaxt həll olunacağı bəlli deyil.

Mövzuya qayıdacağıq...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti