"Sumqayıt"ın "qol silahı" "Neftçi" ilə oyunda meydanda olacaqmı?

14 Oktyabr 2021 20:40 Sumqayıt 791
"Sumqayıt"ın "qol silahı" "Neftçi" ilə oyunda meydanda olacaqmı?

Azərbaycan millisinin görüşlərinə görə Premyer Liqamızda yaranan 2 həftəlik fasilə bu həftə başa çatır.

Turun maraqla gözlənilən qarşılaşması Sumqayıtda yerli komanda ilə son çempion "Neftçi" arasında baş tutacaq.

Ağır oyun öncəsi "Sumqayıt"da üzlər gülür. Belə ki, komandanın əsas qol ümidi Əli Qurbani "Neftçi" ilə matçda meydana çıxa biləcək.

Bu barədə Sportinfo-ya klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Klub rəsmisi "Qurbani özünü yaxşı hiss edir və komanda ilə məşqlərini davam etdirir. Baş məşqçi şans verəcəyi halda "Neftçi" ilə oyunda meydana çıxmağa hazırdır" deyə bildirib.

Xatırladaq ki, millimizin də üzvü olan hücumçu zədə səbəbindən çempionatın son iki turunu buraxmaq məcburiyyətində qalıb. O, eyni səbəbindən milli komandanın İrlandiya və Serbiya ilə matçları üçün çağrılan heyətdə də yer almayıb.

"Sumqayıt" - "Neftçi" qarşılaşması 17 sentyabr, saat 17:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi