“Həmişə onların arxasında dayanmışam və bundan sonra da dayanacam”

7 Oktyabr 2021 17:00 Sumqayıt 572
“Həmişə onların arxasında dayanmışam və bundan sonra da dayanacam”

“Son günlər yeni hücumçumuz haqda mətbuatda çox şeylər yazılır, amma bu, məni qətiyyən narahat etmir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

O, yaxınlarda 1 illik müqaviləyə qol çəkən Səid Rzanın transferi ətrafında yaranan səs-küyə heç bir əsas olmadığını bildirib.

Gənc mütəxəssis cənubi azərbaycanlı hücumçunun haqsız tənqdilərə məruz qaldığını söyləyib: “O, bura yeni gəlib. Hələ indi-indi komandaya uyğunlaşmağa başlayır.

Özü də çox çalışır ki, adaptasiya prosesini tez keçsin. Yeni gələn futbolçudan birdən-birə çox şey gözləmək olmaz.

Belə baxanda, mən Səidi çoxdan tanıyıram. Neçə vaxt idi ki, onu izləyirdim. Nəyə qadir olduğunu bilirəm.

Əslində, hücum xəttindəki problemlər Əli Qurbaninin zədələnməsindən sonra özünü göstərdi. İki turdur meydana çıxmır və məşqləri də təzə bərpa edib.

Vaxtilə Peyman Babayini bura gətirəndə də bəziləri yazırdı ki, onda nə görmüsüz? Hər gün Peymanı pisləyirdilər.

Axırda nə gördük? Peyman çempionatın bombardirlərindən biri oldu, hamı ondan danışmağa, tərifləməyə başladı.

Ümumiyyətlə, indi “Sumqayıt”da hansı futbolçunu görürsüzsə, hamısını bura mən dəvət etmişəm. Mən həmişə onların arxasında dayanmışam və bundan sonra da dayanacam.

Hansı futbolçudan narazılığım olsa, sözümü üzünə deyərəm, onu mətbuata çıxartmaram, başqalarının yanında pisləmərəm”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı