"Sumqayıt"ı gözləyən növbəti təhlükə - Bundan pis gedişat ola bilməzdi...

29 Sentyabr 2021 17:40 Sumqayıt 1 305
"Sumqayıt"ı gözləyən növbəti təhlükə - Bundan pis gedişat ola bilməzdi...

Ötən mövsümün bürünc medalçısı "Sumqayıt" yeni mövsümə də əla start verdi.

Komanda ilk turda "Keşlə"ni 2-0 məğlub etməyi bacardı.

Ardınca doğma meydanda "Sabah" üzərində eyni hesabla qalibiyyət əldə edildi.

Bundan sonra milli komandamızın oyunları ilə bağlı Premyer Liqada 3 həftəlik fasilə yarandı. Elə "Sumqayıt"ın önünü kəsən də bu fasilə oldu.

Yaranmış fasilə "kimyaçılar" üçün uğursuz zolağın startı kimi yadda qaldı. Belə ki, komanda yaranmış fasilədən sonra meydana çıxdığı ilk görüşdə gözlənilmədən "Səbail"ə məğlub oldu.

Növbəti tur "Qarabağ"la üz-üzə gələn Ayxan Abbasovun komandası "Azərsun Arena"dan da xalsız qayıtdı.

Nəhayət "Qəbələ" ilə oyunda komanda 1 xal qazanmağı bacardı. Təkcə xal qazanmaq yox, oyun olaraq da komandanın "relsə" düşdüyü açıq-aşkar görsənirdi.

Amma sən saydığını-say, gör, milli komanda nə sayır. Qarşıdakı turdan sonra milli komandamızın oyunları ilə bağlı Premyer Liqada növbəti 2 həftəlik fasilə yaranacaq.

Ötən fasilədən sonra "Səbail"ə uduzan komandanı budəfəki fasilədən sonra son çempion "Neftçi" ilə görüş gözləyir.

"Kimyaçılar" üçün yəqin ki, bundan pis gedişat ola bilməzdi. Eyni uğursuzluq təkrar olunacaq ya yox, onu zaman göstərəcək. Amma "Sumqayıt" üçün çətinlik yaranacağı qaçılmazdı.

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!