Abbasovun narazılığına PFL-dən reaksiya - "Onunla söhbətimiz olub"

28 Sentyabr 2021 20:40 Sumqayıt 1 181
Abbasovun narazılığına PFL-dən reaksiya - "Onunla söhbətimiz olub"

Premyer Liqanın sonuncu turunun "Qəbələ" ilə oyunundan sonra "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Peşəkar Futbol Liqasının təqvimindən şikayətini dilə gətirdi.

Gənc mütəxəssis rəqiblərin "Sumqayıt"a nisbətən daha çox istirahət etdiyini bildirib:

"Son iki oyundur ki, üstünlük rəqibdə olur. Rəqiblərimiz bizdən bir gün çox istirahət edir. Təqvimdə dəyişiklik etmək olardı. Bizim oyunumuzu ayın 2-3-nə sala bilərdilər.

Həm "Qəbələ", həm də "Zirə" ilə matçda biz daha az istirahət edirik. Belə şeylərə diqqət etmək lazım idi. Həqiqətən, çətindir. Futbolçuların bərpası üçün vaxt lazımdır".

Abbasovun narazılığına münasibət bildirməsi üçün Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov üz tutduq.

PFL rəsmisi Sportinfo.az-ın sorğusuna cavab olaraq bunları deyib:

“Ayxan Abbasova həm insan, həm də baş məşqçi kimi böyük hörmətim var. Aramızda hər zaman futbol mövzusunda dəyərli fikir mübadilələri olub, çalışmışıq ki, qızıl məxrəc tapaq.

“Sumqayıt”ın bu il Konfrans Liqasında çıxışından öncə avrokuboklarda oynayan digər məşqçilərlə yanaşı, Abbasovla da söhbətimiz olub.

Həmin dövrdə məhz onların daha az əziyyət çəkəcəkəri qrafiki qurmuşuq. Ayxan müəllim oyunlar arasındakı məsafənin azlığından danışıb.

Açığı, intensivliyin daim tərəfdarı olan Abbasovun fikirlərinə zədələrin təsir göstərdiyini düşünürəm. Çünki oyun arasında 5 gün var və məşqçilər 5-ci gün futbolun daha effektli olduğunu deyirlər".

Digər Xəbərlər
Xəbər Lenti