“Sumqayıt”(d)a nə olub?

27 Sentyabr 2021 17:00 Sumqayıt 804
“Sumqayıt”(d)a nə olub?

Millinin oyunlarına kimi “Sumqayıt”ın çempionatda vəziyyəti qaydasında idi.

Ard-arda iki qələbə qazanmışdılar.

DÇ-2022-nin növbəti 3 turu keçirilib qurtardı, zərbəni də “Sumqayıt” aldı.

Sanki bir boşluğa düşüblər. Hələ də oradan çıxa bilmirlər. Bir tərəfdən psixoloji yorğunluq, o yandan da zədəlilər.

«Qəbələ» ilə oyunda “Sumqayıt”ı 3 xaldan bir az bəxtsizlik, bir az da tələskənlik ayırdı. Qonaqların sürətli oyun təklifinə narahatlıqla cavab verdilər. Ələlxüsus, 60-cıı dəqiqədən sonra.

Beşli müdafiə Ayxan Abbasovun vazkeçilməz taktiki profilidir. Onun üçün birinci “5” gəlir.

Orta sahədə bir problem yoxdur. Rəhim Sadııxov varsa, nə problem ola bilər ki..?

Sadıxov Azərbaycanıın ən yaxşı yarımmüdafiəçilərindən biridir. Əli Qurbani ilə oynamaq ona rahatdır.

İkinci zədələndiyindən, “Qəbələ” ilə dünənki qarşılaşmada forma geyinmədi. İrandan gəlmiş Səid Rza ilə dil tapmaq da Rəhimə çətinlik yaratmayacaq. Lakin indi deyil, bir müddət sonra.

Səid Əlidən çevik və texnikalıdır. Cərimə meydançasında və onun həndəvərində təhlükəlidir.

Ondan qol və ya qollar gözləməyə uzun müddət lazım gəlməyəcək. Bir dəfə fərqləndisə, ardını gətirəcək.

Səidlə Əli yanaşı çıxıış etsə, bu da maraqlı olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti