“Sumqayıt”ın kapitanından İNAMLI AÇIQLAMA

24 Sentyabr 2021 21:00 Sumqayıt 635
“Sumqayıt”ın kapitanından İNAMLI AÇIQLAMA

"Premyer Liqada iki ardıcıl məğlubiyyətin ardından həftəsonu “Qəbələ” ilə çətin oyuna çıxacağıq.

Bizi qarşıda olduqca ağır bir mübarizə gözləyir”.

“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev Sportinfo.az-a açıqlamasına bu sözlərlə başlayıb.

“Qəbələ”nin 4 oyundan sonra topladığı 10 xalla bütün rəqiblərinə yuxarıdan aşağı baxdığını nəzərə alsaq, “kimyaçılar”ın işinin asan olmayacağı dəqiqdir. “Sumqayıt”lıları rahatlaşdıran əsas məqam doğma azarkeşlərin önündə oynamaqdır.

Mustafayev ağır oyuna çıxacaqlarının fərqindədir. Buna baxmayaraq, uğurlu nəticə qazanmağa kökləndiklərini deyir:

“Qəbələ” bu mövsüm olduqca baxımlı futbol nümayiş etdirir. Bu səbəbdən də hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıblar.

Sözün həqiqi mənasında bazar günü çox ağır bir oyuna çıxacağıq. Azarkeşlərimiz önündə oynayacağıq. İnşallah uğurlu nəticə qazanıb onları sevindirərik”.

“Sumqayıt” – “Qəbələ” qarşılaşması sentyabrın 26-da, saat 19.15-də start götürəcək.

Oyun “Kapital Bank Arena”da keçiriləcək.

Xəbər Lenti