Premyer Liqa klubunda son vəziyyət: Biri düzəlir, biri qalır

23 Sentyabr 2021 13:00 Sumqayıt 1 069
Premyer Liqa klubunda son vəziyyət: Biri düzəlir, biri qalır

«Sumqayıt» sentyabrın 26-da Premyer Liqada 5-ci tur matçına çıxacaq.

«Kimyaçılar» həmin gün «Kapital Arena»da «Qəbələ»ni qəbul edəcək.

Oyuna az vaxt qalsa da, «gənclik şəhəri» təmsilçisi hələ də doğma məkana dönməyib və «Dalğa Arena»ya sığınıb.

Problem qalmaqdadır: stadionun əsas və yardımçı meydançalarının ot örtüyü istifadəyə yararlı deyil.

Düzdür, son iki həftədə birinci qazon nisbətən düzəlib, lakin sahmana salınması hələ 15-20 gün vaxt alacaq.

Komandanın sentyabrın əvvəlinədək gündəlik məşqə çıxdığı ikinci meydançanın vəziyyətinin qaydasına düşməsi isə daha çox zaman aparacaq. Çünki təbii ot yanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM