"Uduzmağımızın səbəbi milli deyil" - Elvin Məmmədov

22 Sentyabr 2021 21:00 Sumqayıt 741
"Uduzmağımızın səbəbi milli deyil" - Elvin Məmmədov

"Çempionata yaxşı başlamışdıq. Amma məğlubiyyətlərin olması da normaldı. Çünki uzun marafondur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

Təcrübəli futbolçu milli komandanın toplanışından sonra ardıcıl alınan məğlubiyyətləri əsas milliyə gedən komanda yoldaşları ilə bağlı olması fikrini qəbul etmir: "Uduzmağımızın səbəbi milli komandanın toplanışı ilə bağlı deyil. Yaxşı kollektivimiz var. Durumumuz heç də pis deyil. Hər keçən gün daha da yaxşı olacağıq".

O, növbəti tur qarşılaşacaqları "Qəbələ" ilə oyundan da söz açıb: "Hər oyun bizim üçün vacibdir. "Qəbələ" mövsümə yaxşı start götürüb. İnşallah, yaxşı nəticə əldə etməyə çalışacağıq".

Məmmədov son turlar az şans qazanmasına da aydınlıq gətirib: "Özümü yaxşı hiss edirəm. Zədəm yoxdur. Baş məşqçimiz nə vaxt şans versə oynayacam".

Xəbər Lenti