Müqavilə imzalayan 6 gənc barədə: “Onların böyük gələcəyi var”.

21 Sentyabr 2021 21:00 Sumqayıt 861
Müqavilə imzalayan 6 gənc barədə: “Onların böyük gələcəyi var”.

“Bu uşaqların böyük gələcəyi var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

“Kimyaçılar” bugünlərdə Futbol Akademiyasının 6 futbolçusu ilə peşəkar müqavilə bağlayıb. Belə ki, qapıçı Xəyal Fərzullayev, müdafiəçilər Nihad Ağayev, Nurlan Bayramov, yarımmüdafiəçilər Tural Axverdiyev, Rüstəm Hümbətov və hücumçu Əjdər Hacılı 3 illik sazişə imza atıb.

A.Abbasov yeniyetmə və gənclərə yol açmaq siyasətini davam etdirəcəklərini bildirib:

“Bu uşaqların ikisi artıq U-17 yığmasına dəvət olunub. Digərlərini də belə bir prespektiv gözləyir. Onlar yavaş-yavaş Premyer Liqanın havasını hiss etməli, böyük futbolda ilk addımlarını atmalıdır.

Əsas komanda ilə məşqlərə cəlb etmişik ki, ab-havanı tutsunlar, daha da ürəklənsinlər, məsuliyyətləri daha da artsın.

Akademiya daim diqqətimizdədir. Orada yaxşı uşaqlar var. Həmin uşaqları da tədricən əsas komandanın məşqlərinə çağıracağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 08:00 Leysan olacaq - Xəbərdarlıq
14 Sentyabr 02:20 Daha 5 transfer - FOTOLAR