Milliyə görə ritmdən düşən "Sumqayıt"ın yaşadığı problemlər

21 Sentyabr 2021 11:40 Sumqayıt 700
Milliyə görə ritmdən düşən "Sumqayıt"ın yaşadığı problemlər

İlk 2 turdan sonra iki məğlubiyyət...

«Sumqayıt»ın «Səbail»ə məğlubiyyəti nə qədər gözlənilməz idisə, «Qarabağ» önündə yenilgi bir elə adi qarşılandı.

Millinin DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi oyunlardan ən çox ziyan çəkən iki klub varsa, biri «Sumqayıt»dır.

«Qarabağ»dan sonra ölkənin əsas yığmasına ən çox futbolçu göndərən «Sumqayıt»da indi psixoloji və fiziki yorğunluq hökm sürür.

Sanki geri qayıdan oyunçular hələ də əsas və gənclər millilərində aldıqları məğlubiyyətlərin təsiri altındadır, ondan qurtulmağa güclük çəkirlər.

Ayxan Abbasovun əlinin altındakı «keyfiyyətli məhsul» azdır. Ehtiyat skamyasında əyləşənlər komandanı tonusda saxlayacaq potensialdan çox uzaqdır.

Roman Hüseynov, Xəzər Mahmudov, Eltun Turabov və başqaları... Bu adlar, sadəcə, say düzəltmək üçündür.

Heyətin məhdudluğu Abbasovu vadar edir ki, eyni simaları hər həftə meydana buraxsın.

Rotasiya imkanı o dərəcədə azdır ki, ictimai qınaqdan çəkinməsə, özü də bir qədər məşq edib, bu formanı geyinər.

Fasilə «Sumqayıt»a düşmədi. İki həftəlik aranın yaratdığı gərgin auranı aradan qaldırmaq üçün Abbasova bundan sonra da 2-3 həftə lazım gələcək.

İlk dövrənin bitməsinə 3 tur qalıb və daha bir-iki məğlubiyyətin qeydə alınması gözləniləndir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti