"Unutmayaq ki, rəqib "Qarabağ" idi" - Ayxan Abbasov

20 Sentyabr 2021 21:20 Sumqayıt 750
"Unutmayaq ki, rəqib "Qarabağ" idi" - Ayxan Abbasov

"Məğlub olmağa gəlməmişdik. Birinci hissədəki səhv penalti ilə nəticələndi. Bilirdik ki, rəqib belə səhvi bağışlamır. Futbolda belə səhvlər olur".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis ikinci hissədə komandasından razı qaldığını bildirib: "Bəzi epizodlarda sonluq çatmadı. Komandamızın potensialı var. Daha yaxşı olacağıq. Buna inanıram. Növbəti görüşlərə köklənməliyik".

Abbasovun sözlərinə hücumçular Əli Qurbani və Səid Rzazadə qarşılaşmanın sonlarında yaxşı oynayıb: "Meydanda mübarizə oldu. Futbolçular qapıya düzgün düşə bilsəydilər qol vura bilərdik. 0:1 hesabı ilə geridə idik. Futbolçularda istək var. İstər-istəməz vaxt getdikcə bədəndə gümrahlıq itir. Çempionat həqiqətən gərgin keçir. Unutmayaq ki, "Qarabağ"a qarşı oynayırdıq. Səid Rzazadənin oyununu izləmişik. Yeni gəlib. Bu gün istədik ki, çempionatın ab-havasını hiss etsin. Oyunlarda müxtəlif rotasiyalar edəcəyik". (Report)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"