“Maşınsazi”nin sabiq forvardı millimizin formasını geyinəcək?

20 Sentyabr 2021 16:00 Sumqayıt 964
“Maşınsazi”nin sabiq forvardı millimizin formasını geyinəcək?

2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” son olaraq “Aluminium”un şərəfini qorumuş Səid Rza ilə 1 illik müqavilə imzalayıb.

Yeni transfer “23” nömrəli formanı geyinəcək.

Əvvəllər“Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş cənubi azərbaycanlı hücumçu ötən mövsüm keçirdiyi 21 oyunda meydanda olub və 3 qola imza atıb.

Arazın o tayından gələn forvard bura sonradan Avropaya yollanmaq fikri ilə gəlib.

Meneceri vasitəsilə “Köhnə dünya”nın bir neçə ortabab təmsilçisi ilə danışıqlar aparmış Səid, ola bilsin, qış fasiləsində “Sumqayıt”ı tərk etsin.

Bu, “kimyaçılar”dan və ona təklif göndərəcək klubun şərtərindən asılıdır. Cənubi azərbaycanlının yaxın gələcəkdə millimizə cəlb olunması perspektivinə gəlincə, onunla bu yöndə söhbət aparılmayıb.

Səidin özü də belə bir tələb irəli sürməyib.

SPORTİNFO.AZ

Xəbər Lenti