Cənubi azərbaycanlı hücumçu Premyer Liqa klubuna neçəyə başa gəldi?

17 Sentyabr 2021 23:40 Sumqayıt 2 088
Cənubi azərbaycanlı hücumçu Premyer Liqa klubuna neçəyə başa gəldi?

2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” son olaraq “Aluminium”da yer almış Səid Rza ilə 1 illik müqavilə imzalayıb.

Cənubi azərbaycanlı hücumçu yeni komandasında 23 nömrəli formanı geyinəcək.

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son mövsüm keçirdiyi 21 oyunda meydanda olub və 3 qola imza atıb.

Yeni transfer “Sumqayıt”ın ən bahalı futbolçusu olmayacaq. O, burada ayına 7000 dollar qazanacaq.

Bu göstəricədə Əli Qurbani birincidir. Millinin də şərəfini qoruyan forvardın məvacibi 8000 dollardır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti