"Sumqayıt", nəhayət ki, arzuladığı hücumçunu transfer etdi

17 Sentyabr 2021 21:20 Sumqayıt 1 441
"Sumqayıt", nəhayət ki, arzuladığı hücumçunu transfer etdi

2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” cənubi azərbaycanlı hücumçu Səid Rzanı transfer edib.

Sportinfo.az xəbər verir ki, onunla 1 illik müqavilə imzalanıb. Yeni transfer komandada 23 nömrəli formada çıxış edəcək.

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son olaraq “Aluminium”da (İran) oynayıb.

O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti