Əlinizi cibinizə salın, bir hücumçu gətirin, ürəyiniz də yerinə gəlsin

13 Sentyabr 2021 16:00 Sumqayıt 1 098
Əlinizi cibinizə salın, bir hücumçu gətirin, ürəyiniz də yerinə gəlsin

«Səbail» «Sumqayıt»a bab komanda deyil.

Dalbadal 10 dəfə üz-üzü gəlsələr, 8-də «Sumqayıt» udar, 1-də heç-heçə olar, birində də «Səbail» bəlkə sevinər, bəlkə sevinməz.

«Sumqayıt» Əli Qurbaninin maaşınıı artırıb müqaviləsinin müddətini 1 il uzatmaqla doğru etdi. İsti yemək olmayan yerdə pendir-çörəklə gedər.

Məhsuldar hücumçu kimliyindən uzaqdır, lakin hər halda komandaya yararlıdır, rəqib müdafiəçiləri rahat buraxmır. Yenə də təkdir o. Arxasında kim oynayır oynasın, Qurbaninin sağında və solunda bir nəfərin də olması vacibdir.

Ayxan Abbasov ikinci hücumçunu tapmaqda, gətirməkdə gec qalan deyildi. «Sumqayıt»ı hamıdan yaxşı tanıyır, görür ki, bir Əli ilə uzağa getmək qeyri-mümkündür.

Üçüncü avrokuboklar macərasına başlamaq və bu yolla əmin-arxayın getmək üçün Qurbanini şirin yuxudan ayıldacaq hücumçu tezliklə düşərgədə peyda olmalıdır.

O, gəlməyənə, əyninə forma geyinməyənə kimi «Sumqayıt» gözləmədiyi məğlubiyyətləri tez-tez alacaq.

Yarım metrdən qapıya düşə bilməyən Xəzər Mahmudovla nə etmək olar, əlbəttə, heç nə! Ehtiyat skamyada Xəzəri görən Qurbani kefi istəyəndə qol vuracaq, kefi istəməyəndə meydanda gəzişəcək.

Klub rəhbərliyi gərək əlini cibinə salsın, bir az pul tapsın. İki-üç min dolların söhbətini edib, komandanı tonusdan salmasınlar. İkinci hücumçunun yoxluğunun vurduğu zərər aydan belə, görünür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"