"Sumqayıt"ı nə gözləyir?

11 Sentyabr 2021 09:20 Sumqayıt 609
"Sumqayıt"ı nə gözləyir?

"Sumqayıt" Premyer Liqanın 3-cü turunda qarşılaşacağı "Səbail"lə ümumilikdə 14 dəfə üz-üzə gəlib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk qarşılaşmada rəqibini səfərdə 2:0 hesabı ilə məğlub edən Sumqayıt təmsilçisi bu görüşlərdə 7 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə isə uduzub.

14 görüşdə qeydə alınan ümumi top fərqi 15:12 olaraq, "Sumqayıt"ın xeyrinədir.

Komandanın "Səbail"lə keçirdiyi qarşılaşmalarda ən məhsuldar futbolçu 3 qolla Amil Yunanovdur. Onu 2 qolla hücumçular Əli Qurbani və Murad Xaçayev izləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?