Ayxan Abbasov: "Bunu səmərəli şəkildə dəyərləndirmək istəyirik"

30 Avqust 2021 09:20 Sumqayıt 517
Ayxan Abbasov: "Bunu səmərəli şəkildə dəyərləndirmək istəyirik"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Keşlə" ilə keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 2:3 hesabı ilə uduzduqları matç barədə bunları deyib:

“Bildiyiniz kimi, hazırda milli komandanın oyunlarına görə çempionatda fasilə yaranıb. Bizim də 6 futbolçumuz “A” millinin, 2 futbolçumuz isə U-21-in düşərgəsindədir.

Yaranmış bu fasiləni biz də səmərəli şəkildə dəyərləndirmək istəyirik. Bu müddət üçün iki yoxlama oyunu planlaşdırmışdıq ki, onların birincisini “Keşlə”yə qarşı keçirdik.

Geridə qalan iki turda iştirak etməyən və az vaxt alan futbolçuları meydana buraxdıq ki, onları da 90 dəqiqə ərzində iş başında görək.

Əvəzedici komandanın gənc futbolçularına da şans verdik. Onlar da oyunun tempinə rahat uyğunlaşa bildilər.

Maraqlı oyun oldu. Futbolçularımın istəkli, əzmkar olmasından razı qaldım”.

Digər Xəbərlər
Xəbər Lenti