Ayxan Abbasov “50”ni “vurdu”

23 Avqust 2021 19:20 Sumqayıt 584
Ayxan Abbasov “50”ni “vurdu”

Azərbaycan Premyer Liqasının 2-ci turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb.

Onun komandası “Sabah”la ev matçında 2:0 hesabı ilə qalib gəlib.

Bu qələbə onun karyerasında 135-ci matça təsadüf edib. Abbasov “Sumqayıt”da 28 (84 oyunda), bundan əvvəl çalışdığı “Zirə”də 22 (51) oyunda komandasının qalib gəlməsinə sevinib.

Bu qələbələrdən 41-i Premyer Liqaya təsadüf edib. Mütəxəssis Azərbaycan kubokunda 7, Avropa Liqasında 2 uğura şahid olub.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!