"Sumqayıt"dan ən böyük transfer əməliyyatı – SÜR və GET!

23 Avqust 2021 09:40 Sumqayıt 1 612
"Sumqayıt"dan ən böyük transfer əməliyyatı – SÜR və GET!

«Sumqayıt» 2 tura 6 xal toplayıb, liderdir.

Hər ikisində iki qola möhür vurublar.

Birinci həftədə dubla imza atan Rəhim Sadıxov «Sabah»a da özünü göstərdi. Verdiyi qol pasları ilə.

Əli Qurbani ilə Rəhim Sadıxov əla tandemdir. Yavaş-yavaş üzə çıxır ki, Ayxan Abbasov niyə ötənilki heyəti qorumaq üçün bu qədər mübarizə aparırmış.

Yayda əsas heyət üzvlərindən daha 2-3 nəfər getsəydi, «Sumqayıt»da «Sumqayıt»lıq qalmayacaq, yeni hekayə da yazılmağa başlanmayacaqdı.

Hazır ev tikinti meydançasına dönəcəkdi. Abbasov aparıcı simaları düşərgədə saxlamaqla, ən böyük transfer əməliyyatını həyata keçirib. Çox ciddi uduşdur bu.

Düz 1 il lazım oldu ki, Əli ilə Rəhimin tandemi relsə düşsün, bir-birlərini tamamlasınlar. Digərləri də onların başına yığışıb, hərə bir hissə kimi avtomobili hazır vəziyyətə gətirib.

Ağasəlim Mircavadovun sözü olmasın, bu «Sumqayıt» işlək maşındır, benzini tök və sür.

Məşqçi ağılı «Sumqayıt»ı idarəolunan komanda edib, hər ağızdan bir avaz gəlmir.

Meydana çıxırıq, amma sistemdən kənara çxmırıq, sonadək ona sadiqik - Abbasov bu ideologiyanı futbolçularına təlqin edib.

Yerli-yataqlı, səbrlə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti