"SUMQAYIT": "Portnyorluq müqavilələri bundan sonra da olacaq"

22 Avqust 2021 17:00 Sumqayıt 922
"SUMQAYIT": "Portnyorluq müqavilələri bundan sonra da olacaq"

Ardıcıl 2 mövsümdür avrokuboklarda Azərbaycanı təmsil edən “Sumqayıt“ yeni sponsorlarla əməkdaşlıq platformasını genişləndirmək fikrindədir.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədrov bildirib.

SİTAT: “Bildiyiniz kimi, “Sumqayıt” Futbol Klubu marketinq yönümlü çalışmalarda daim aktiv fəaliyyətlə məşğuldur. Bu yöndə klub rəhbərliyi tərəfindən müxtəlif görüşlər keçirilməkdədir.

“Sumqayıt” son olaraq, “Pizza INN” ilə 1 illik əməkdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, bu müddət ərzində “Pizza INN” komandamızı qida məhsulları ilə təmin edəcək.

Bu saziş cari mövsümdə klubumuz tərəfindən imzalanan ilk müqavilə deyil. Belə ki, mövsümün əvvəlində “Azeriexpress” şirkəti ilə də əməkdaşlıq müqaviləsi bağlamışıq.

Bu yöndə çalışmalarımız davam edir. İnşallah, ümidvarıq ki, klubumuz tərəfindən portnyorluq müqavilələri bundan sonra da olacaq.

Bu arada, kiçik xatırladma verim ki, klubumuzun “Kapital Bank”, “Paşa Həyat Sığorta”, “Universal” MMC və “Kontakt Home” şirkətləri ilə də əməkdaşlıq müqavilələri var“.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!