"SUMQAYIT": Göz dəyməsin, yaxşı gedirik - FOTOREPORTAJ

22 Avqust 2021 09:00 Sumqayıt 705
"SUMQAYIT": Göz dəyməsin, yaxşı gedirik - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Sumqayıt" "Sabah"ı qəbul edib.

"Kapital Bank Arena"da keçirilmiş qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

32-ci dəqiqədə Azərbaycan millisinin hücumçusu Əli Qurbani hesabı açıb. 78-ci dəqiqədə isə Tellur Mütəllimov fərqlənib.

İki turdan sonra maksimum nəticə göstərən "Sumqayıt" xallarının sayını 6-a çatdırıb və liderliyini qoruyub. Hər iki görüşdə məğlub olan "Sabah" 7-8-ci yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR