"Onu buraya böyük ümidlərlə gətirmişdim" - Ayxan Abbasov

21 Avqust 2021 22:50 Sumqayıt 864
"Onu buraya böyük ümidlərlə gətirmişdim" - Ayxan Abbasov

"Azarkeşlərimizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bu gün bütöv kollektiv gördüm. Bilirdim ki, rəqib ötən turdakı məğlubiyyətdən sonra qələbəyə oynayacaq. Yaxşı qələbə qazandıq. Ancaq bizi uzun marafon gözləyir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın II turunda evdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis Rəhim Sadıxovun oyunu haqqında danışıb: "Onu buraya böyük ümidlərlə gətirmişdim. Rəhimin millidə də aparıcı simaya çevriləcəyinə inanıram. Ancaq ötən mövsüm də Sadıxov bir sıra həlledici matçlarda ön plana çıxıb. Ancaq bizim oyunumuz bir tək onun üzərində qurulmayıb. Bütün hallarda Rəhimə güvənirik".

Abbasov Azərbaycan millisinin toplanışına gedən futbolçulara uğurlar arzuladığını söyləyib: "Daha sonra isə bu iki qələbəni unutmalı olduğumuzu bildirdim. Çempionatdakı fasilədən sonra qalib gələ və ya uduza da bilərik".

Baş məşqçi ilk turla müqayisədə heyətdə bəzi dəyişikliklər etdiyini diqqətə çatdırıb: "Udsaq da, uduzsaq da, dəyişikliklər edə bilərik. Rotasiyalar rəqibə uyğun edilir".

Mütəxəssis Rüfət Abdullazadənin komandadan ayrılan Xəyal Nəcəfovdan daha yaxşı futbolçu ola biləcəyini sözlərinə əlavə edib: "Ölkədə çox az futbolçu var ki, oyunu rəqib cərimə meydançasında üzərinə götürür".

Digər Xəbərlər
Xəbər Lenti