“Sumqayıt”da yeni tərəfdaş – 1 illik müqavilə imzalandı

20 Avqust 2021 15:00 Sumqayıt 896
“Sumqayıt”da yeni tərəfdaş – 1 illik müqavilə imzalandı

“Sumqayıt” ilə “Pizza Inn” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, anlaşma 1 il müddətində qüvvədə olacaq.

Razılaşmaya əsasən, bu müddət ərzində “Pizza Inn” komandanı qida məhsulları ilə təmin edəcək.

Bunun qarşılığında isə ev oyunlarının keçirildiyi “Kapital Bank Arena”da şirkətin tanınma nişanının olduğu bannerlər yer alacaq və klubun rəsmi sosial şəbəkə paylaşımlarındakı sponsorların arasında “Pizza Inn”in tanınma nişanı öz yerini tapacaq.

Bundan başqa, “Pizza Inn” ilə birlikdə azarkeşlər üçün müxtəlif kampaniyalar keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM