"Sumqayıt"da üzlər gülür - Millimizin qapıçısından xoş xəbər

20 Avqust 2021 09:20 Sumqayıt 1 132
"Sumqayıt"da üzlər gülür - Millimizin qapıçısından xoş xəbər

"Sumqayıt"ın və milli komandamızın qapıçısı Aydın Bayramovun durumu yaxşıdır.

Bunu Sportinfo.az-a açıqlamasında komandanın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Klub sözçüsü Aydının artıq komanda ilə məşqlərə başladığını və məşqçilər heyəti şans verəcəyi halda qarşıdakı tur oynamağa hazır olduğunu sözlərinə əlavə edib.

Aydın Bayramov Azərbaycan Premyer Liqasının 1-ci turunun "Keşlə" ilə səfər qarşılaşmasının 5-ci dəqiqəsində zədələnərək yerini Tərlan Əhmədliyə vermişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti