"Azərbaycandan daha çox "Neftçi" və "Qarabağ" tanınır"

18 İyun 2021 22:40 Sumqayıt 1 054
"Azərbaycandan daha çox "Neftçi" və "Qarabağ" tanınır"

Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Çukariçki"nin baş məşqçisi Duşan Corceviç püşkü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, Belqrad təmsilçisinin mətbuat xidmətinə açıqlamasında bunları deyib:

"Azərbaycandan daha çox "Neftçi" və "Qarabağ" tanınır. "Sumqayıt"ı ətraflı araşdırmalı, onlara lazımi qiyməti verməliyik.

Avropa arenasında asan rəqib yoxdu. Bunun fərqindəyik. Belə oyunlar xüsusi olur və çətinlikləri var.

Serbiya klubları və milli komandasının Azərbaycan yığmasına və bu ölkənin klublarına qarşı oyunlar zamanı bəzən əziyyət çəkdiklərini bilirik.

Ehtiyatlı olmalıyıq, lakin "Sumqayıt"ı çox yüksək qiymətləndirməməliyik".

Xəbər Lenti