Premyer Liqa klubunun prezidenti Elxan Məmmədovun qəbuluna niyə getdi?

11 İyun 2021 11:40 Sumqayıt 737
Premyer Liqa klubunun prezidenti Elxan Məmmədovun qəbuluna niyə getdi?

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşüb.

Sportinfo.az-ın məlumatına görə, o, klubun mövcud vəziyyəti və gələcək planları barədə fikirlərini federasiyanın birinci şəxsi ilə bölüşüb.

Rəfiyev Konfrans Liqasında ölkəmizi layiqincə təmsil etmək istədiklərini söyləyib, bunun «Sumqayıt»ın maliyyə ehtiyatını gücləndirmək mənasında böyük əhəmiyyət daşıdığını söyləyib.

«Kimyaçılar»ın başçısı həmçinin yeni sponsorlar axtarışında olduğunu qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti