“Sumqayıt” imzanı atdırdı

11 İyun 2021 11:20 Sumqayıt 627
“Sumqayıt” imzanı atdırdı

“Sumqayıt” kapitan Vurğun Hüseynovun ardınca daha bir futbolçu ilə müqavilə yeniləyib.

Sportinfo.az xəbər verir ki, Murad Xaçayev daha 2 il klubun uğurları üçün çalışacaq.

2018-ci ildən "kimyaçılar"ın şərəfini qoruyan yarımmüdafiəçi ümumilikdə 32 oyunda (2293 dəqiqə) meydanda olub.

O, 4 dəfə rəqib qapılarına yol tapmağa da müvəffəq olub. 23 yaşlı orta sahə oyunçusu həmçinin Azərbaycanın U-19, U-21 və əsas millilərində də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM