Azərbaycan klubu kapitanı getməyə qoymadı - FOTO

10 İyun 2021 18:00 Sumqayıt 836
Azərbaycan klubu kapitanı getməyə qoymadı - FOTO

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi növbəti mövsümdə də "gənclik şəhəri" təmsilçisində çıxış edəcək.

Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb.

O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Hüseynov həmçinin Azərbaycanın U-21 və əsas millilərində də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti